Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov fakt üzrə araşdırmaların davam etdirildiyini bildirib. O, cinayətkarlıqla mübarizə sahəsində istər çoxtərəfli, istərsə də ikitərəfli formatda ölkəmizin bir sıra dövlətlərin, o cümlədən Belarus Respublikasının aidiyyatı orqanları ilə fəal, səmərəli və işguzar əlaqələrinin mövcudluğunu xatırladıb, adıçəkilən şəxs barəsində müvafiq tədbirlərin hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair sazişin tələblərinə uyğun olaraq həyata keçirildiyini diqqətə çatdırıb.
DİN-nin sözçüsü, həmçinin, S.İlyevskiy barəsində Azərbaycan tərəfinin sorğularını operativ şəkildə cavablandırdığına və bu işdə yaxından iştirak etdiyinə görə Belarus Respublikasının hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib, qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini vurğuylayıb.