Aviaşouda qorxu yaşandı

Aviaşouda qorxu yaşandı
22:12 19 Fevral 2015
76 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Banqalor şəhərində aviaşou zamanı tamaşaçılar qorxulu anların şahidi olublar.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Çexiyanın Flying Bulls pilotaj qrupunun iki təyyarəsi hava şou göstərərkən az qalıb ki, toqquşsunlar.
 
Belə ki, təyyarələrin qanadları uçaqkən bir-birinə ilişib və yerə düşmə təhlükəsi yaşanıb. Lakin pilotların peşəkar olması Aero İndia 2015 aviaşousu zamanı qəzadan və ölümdən yan keçilib.
 
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan da olmayıb. Pilotlar uğurlu eniş həyata keçiriblər.
 
Qeyd edək ki, Aero İndia 2015 avioşousu fevralın 18-dən başlayıb və 22-dək davam edəcək. Aviaşouda 600-dən çox şirkət iştirak edir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/44270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR