Psaki Obamaya hamilə olduğunu dedi

Psaki Obamaya hamilə olduğunu dedi
22:51 19 Fevral 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki vəzifəsindən ayrılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Associated Press yazır.

Bildirilir ki, Dövlət Departamentinin rəsmisinin vəzifəsindən uzaqlaşmasının səbəbi onun hamilə olmasıdır.

Adı açıqlanmayan Ağ Ev rəsmisinin sözlərinə görə, 36 yaşlı Psaki ABŞ prezidenti Barak Obamaya məlumat verib ki, o hamilədir və bu ilin iyun ayında uşaq dünyaya gətirəcəyi gözlənilir.

Qeyd edək ki, Cen Psaki 2013-cü ilin fevral ayının 11-dən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini icra edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR