Aygün: "Ebru Gündeş oturub-durub dua etsin ki..."

Aygün: "Ebru Gündeş oturub-durub dua etsin ki..."
09:32 20 Fevral 2015
66 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə keçirilən “O səs Türkiyə” yarışının “çarpaz duel” mərhələlərində auditoriya seçimindən keçə bilməyən azərbaycanlı iştirakçı müsabiqənin finalı iə bağlı fikirlərini bölüşüb.

Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün Miyak İsmayılova ötən gecə “O Səs Türkiyə” müsabiqəsində Ebru Gündeşin komandasında yarışan Elnur Hüseynovun qalib seçilməsinə sevindiyini bildirib.

“Bütün yarışlarda böyük haqsızlıqlar olur, amma Elnurun qazanmasına çox sevindim. Nə yaxşı ki, o haqsızlıqlar Elnur üçün keçərli olmadı. Ebru Gündeş oturub-durub dua etsin ki, bu il Elnur onu 1-ci etdi. İnşallah, yarışmadan sonra da Elnura dəstək olar”, - deyə gənc müğənni anspress-ə açıqlamasında deyib.

Sonda müğənni çox sevincli olduğunu və Azərbaycanı təbrik etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "O səs Türkiyə"də 4-cü tura kimi irəliləyən ifaçı Mazhar Alanson və Özkanın komandasında yarışırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR