Bu adam 6 dollara aldığı saatı fantasik qiymətə satdı (FOTO)

Bu adam 6 dollara aldığı saatı fantasik qiymətə satdı (FOTO)
11:51 20 Fevral 2015
236 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan vətəndaşlardan biri aldığı saatı qiymətindən qat-qat baha satıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-da ikinci əl (“second hand”) məhsullar satan mağazalardan birindən 5 dollar 99 sentə saat alan Zak Norris adlı vətəndaş həmin saatı aldığı qiymətlə müqayisədə fantastik qiymətə satıb.

Norris 1959-cu il istehsalı olan saatı internetdəki alış-veriş saytlarından birində satışa çıxarıb. O, bu cəhdi zamanı gözlənilməz olayla qarşılaşıb. Belə ki, kolleksionerlərdən biri bu saatı görərək ona 35 min dollar təklif edib. Bu isə Norris üçün çox sevindirici bir hal olub.

Sonradan məlum olub ki, sözügedən “Jaeger-LeCoultre” markalı saat İsveçrə istehsalıdır və ondan dünyada sadəcə 900 ədəd mövcuddur.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR