Yanvarın 1-də özünü dənizə ataraq intihar edən şəxsin fotosu yayılıb - FOTO

Yanvarın 1-də özünü dənizə ataraq intihar edən şəxsin fotosu yayılıb  - FOTO
12:17 2 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 12:11 ]

Bakı. Fuad Cəfərov -APA. Ötən gün özünü dənizə atan şəxsin fotoları yayılıb.

 

Səbail Rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədovun APA-ya verdiyi  məlumata görə, ötən gün Milli Parkda özünü dənizə ataraq intihar edən qadının kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

Meyitə ilkin baxış zamanı onun boyu 1 metr 62 sm olduğu məlum olub və əynində qara rəngli xəz, qara palıd rəngli kişi ayaqqabısı, qara uzunqol köynək və boğazından boyunbağıya taxılmış Quran aşkar edilib.

 

Şəkildə olan şəxsi tanıyanlardan Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsinə 437-02-02 və 39-cu Polis bölməsinə 498-02-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR