Bakı Ali Neft Məktəbi və “Baker Hughes” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Ali Neft Məktəbi və “Baker Hughes” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
13:28 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Bakı Ali Neft Məktəbi (BANM) və ABŞ-ın “Baker Hughes” şirkəti arasında “Əməkdaşlıq haqqında müqavilə əməkdaşlıq müqaviləsi imzalanıb.
BANM-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, imzalanma mərasimində rektor Elmar Qasımov Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından və onun ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığından söz açıb. O, bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-in fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu bildirib.
Rektor həmçinin BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğulayıb, bildirib ki, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcək.
“Baker Hughes” şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Roy Vaudvayk təmsil etdiyi beynəlxalq şirkətin Amerika, Avropa, Asiya, Afrika, Yaxın Şərq, Rusiya, Xəzər və Sakit okean hövzəsi regionlarında 80-dən artıq ölkədə fəaliyyət göstərdiyini 60 mindən artıq işçisi olduğunu qeyd edib. Şirkətin neft və təbii qaz istehsalı sektorunda müxtəlif xidmətlər, məhsullar, texnologiyalar və sistemlər təklif etdiyini bildirib.
R. Vaudvayk təmsil etdiyi şirkət ilə BANM-in arasında əldə olunan əməkdaşlığın gələcəkdə bu istiqamətlər üzrə BANM-dəki neft-qaz və kimya mühəndislərinin hazırlığında öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. О, nüfuzlu ali məktəblə əməkdaşlığın təmsil etdiyi şirkət üçün qürurverici olduğunu vurğulayıb.
Müqavilədə BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in tədris prosesində istifadə üçün proqram təminatı ilə təchiz edilməsi, fərqlənən tələbələrə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşmış tədris laboratoriyasının yaradılması və digər müddəalar öz əksini tapıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebi_ve_Baker_Hughes_sirketi_arasinda_emekdasliq_muqavilesi_imzalanib-833613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR