“Cəhənnəmdə böyük çığırtı” kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

“Cəhənnəmdə böyük çığırtı” kitabının təqdimatı keçirilib - FOTOSESSİYA
14:07 20 Fevral 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 13:59 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün “Lent.az” İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, dövlət qurumlarının təmsilçiləri, baş redaktorlar iştirak ediblər.

 

Tədbirin aparıcısı İlham Tumas bildirib ki, “Cəhənnəmdə böyük çığırtı” 23 il əvvəl azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edir. Daha sonra kitabın müəllifi Vüsalə Məmmədovanın təqdimatında “APA TV”nin hazırladığı süjet təqdim olunub.

 

Təqdimat mərasimində çıxış edən “APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib ki, 20 ildən artıqdır Azərbaycan dövləti və prezidenti Qarabağ, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində iş aparır: “Biz bu əsərlə həm də “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək, bu istiqamətdə iş aparan təşkilatlarımıza yazılı fakt təqdim etmək istədik. Kitabın nəşrini “TEAS Press” Nəşriyyat Evi həyata keçirib, bu nəşriyyata təşəkkür edirəm. Bu nəşriyyatın aid olduğu Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüb. Biz də insanlıq üçün necə bir təhlükənin mövcud olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün kitabın bir çox xarici dillərə tərcümə edilməsinə çalışacağıq”.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri Hadı Rəcəbli, Ərəstun Cavadov, Musa Qasımlı, Xocalı faciəsi zamanı girov düşmüş və 3 il girov həyatı yaşamış Müşfiq Əliyev kitabı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirib, kitabın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkür ediblər.

 

Şuşa rayon İcra Hakimiyyətinin nümayəndəsi kitabın növbəti təqdimat mərasiminin Dalıq Qarabağın Azərbaycanlı İcmasının qərargahında təşkil ediləcəyini söyləyib.

  

Kitabın müəllifi Vüsalə Məmmədova müsahiblərinin gözlərindəki görüntüləri kitaba köçürə bilməməsindən çox təəssüfləndiyi vurğulayıb: “Siz bu kitabı oxuyub bitirənə qədər layihə çərçivəsində ikinci kitabı sizə təqdim edəcəyik. Hesab edin ki, bu da mənim vətənə hərbi xidmətimdir”.

 

Qeyd edək ki, “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holding”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub. Kitabın ideya müəllifi və redaktoru “Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR