Avtomobil yolları işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15:53 20 Fevral 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günüdür.
AzərTAc xəbər verir ki, bu münasibətlə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin kollektivi fevralın 20-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avtomobil_yollari_ischileri_Fexri_xiyabani_ve_Sehidler_xiyabanini_ziyaret_edibler-833657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR