"Report"un məlumatına görə, rəqib Hollandiya yığmasıdır.
Qarşılaşma saat 20:00-da Əl Oyunları Sarayında keçiriləcək start götürəcək. Hollandiyada 5:1 hesablı qələbə qazanan Azərbaycan millisinin Kolumbiyada keçiriləcək final mərhələsinə yollanmaq şansı daha yüksəkdir.
Matçın birinci hakimi avstriyalı Cerald Baurnfeind olacaq. İkinci hakim qismində Ukraynadan olan Oleq İvanov meydana çıxacaq. Üçüncü hakim funksiyasını israilli Moşe Bohbot yerinə yetirəcək.
Dünya çempionatı, "play-off", cavab görüşü
20:00. Azərbaycan - Hollandiya
Hakimlər: Cerald Baurnfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moşe Bohbot (İsrail)
Bakı. Əl Oyunları Sarayı
İlk oyun: 5:1
Qeyd edək ki, iki oyunun nəticəsinə görə qalib olan komanda 10 sentyabr - 2 oktyabr tarixlərində Kolumbiyada təşkil olunacaq Dünya çempionatına vəsiqə qazanacaq.