Bir neçə gün əvvəl Türkiyədəki həbsxanalardan birində törədilmiş qətllə bağlı maraqlı faktlar üzə çıxır.
Milli.Az lent.az-a istinadən bildirir ki, Mərsində Özgəcan Aslanı öldürdüyü üçün həbs edilən Sübhi Altındökən cəzaçəkmə müəssisəsində güllələndikdən sonra onun qan itirməsini gözləyiblər.
Belə ki, hadisəni törədən Gültekin Alan hava almağa çıxarkən tualetə gedib, tapançasını götürüb və daha sonra nəzarətçinin başına silah dirəyərək Nəcməddin Altındökən və oğlu Sübhi Altındökənin olduğu kameranın qapısını açdırıb. O, içəri daxil olaraq 13 saniyə içində hər iki şəxsi güllələyib. G.Alan daha sonra 2 saat yarıma yaxın müddətdə Özgəcanın qatillərinin qan itirməsini gözləyib. O, daha sonra girov götürdüyü nəzarətçini sərbəst buraxaraq təslim olub.
Bildirilir ki, G.Alanın həbsxanaya silah keçirməsi ilə bağlı daha bir məhkum məsuliyyətə cəlb edilib. Hazırda onun sifarişlə və ya öz istəyi ilə məlum cinayəti törədib-törətməməsi sualı üzərində iş aparılır.
Milli.Az


