Gələn ay Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək

19:02 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 18:58 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn ay Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, forum martın 3-də Çexiyanın sənaye və ticarət naziri Yan Mladekinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

 

Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək. Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 40-a yaxın Çexiya şirkətinin iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak etmək istəyən azərbaycanlı iş adamları və sahibkarlar Azpromo-ya müraciət edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR