A–
Bakı, 14 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında “Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməlidir. Materialların sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeyd olunmalıdır.
Materiallar KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə mayın 2-dək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formada [email protected] ünvanına göndərilməlidir.
Qaliblərə mükafatlar təqdim olunacaq.
Müsabiqənin şərtləri ilə daha ətraflı http://economy.gov.az/images/pdf/shertler_musabiqe.pdf ünvanından tanış olmaq olar.
AZERTAG.AZ :İqtisadiyyat Nazirliyi “Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir