"Alov Qoruyanlar"ın oriyentasiyasına həsr olunmuş tədbir keçiriləcək

"Alov Qoruyanlar"ın oriyentasiyasına həsr olunmuş tədbir keçiriləcək
19:52 20 Fevral 2015
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) “Alov Qoruyanlar”ın oriyentasiyasına həsr olunmuş tədbir keçirəcək.
 
Milli.Az bildirir ki, Trend xəbər verir ki, tədbirdə 4500-ə yaxın “Alov Qoruyanlar” və digər qonaqlar - Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı diretoru və Bakı 2015 Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev və Bakı 2015-in İdman və Ulduz elçiləri iştirak edəcəklər.
 
Tədbirin bir hissəsi olaraq ilk dəfə olaraq Bakı 2015 könüllülər forması təqdim ediləcək.
 
Tədbir 24 Fevral 2015-ci il tarixində, saat 17:00-da, Tbilisi prospekti, Abbas Səhhət küçəsi 2 ünvanında yerləşən Heydər Əliyev Arenada baş tutacaq (Şimal girişi, Avropa Oteli və Tunnel Klubunun qarşısında).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR