“Azərikimya” İB-də işə yeni qəbul olunmuş gənclərlə əmək müqaviləsi bağlanılıb

“Azərikimya” İB-də işə yeni qəbul olunmuş gənclərlə əmək müqaviləsi bağlanılıb
20:43 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“Azərikimya” İstehsalat Birliyində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzini müxtəlif peşələr üzrə bitirən gənclərlə görüş keçirilib.
SOCAR-dan AzərTAc-a bildirilib ki, işə qəbul olunmuş bütün işçilərlə əmək müqaviləsi bağlanılıb, onlar əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılıblar.
SOCAR-ın tibbi sığorta və birliyin sosial proqramı çərçivəsində sığortalanan hər bir işçi həmin sığorta müqaviləsi və kartları üzrə ölkənin müxtəlif şəhərlərindəki 40-a yaxın ixtisaslaşdırılmış klinikalarda, o cümlədən Sumqayıtın dörd sağlamlıq ocağında istənilən vaxt heç bir məhdudiyyət olmadan pulsuz müalicə olunmaq imkanı qazanıb.
Fikir mübadiləsi və diskussiya şəraitində keçən görüşdə gənclər onlara yaradılmış iş və əmək şəraitindən, göstərilən diqqət və qayğıdan danışaraq, istək və arzularını ifadə ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerikimya_IB_de_ise_yeni_qebul_olunmus_genclerle_emek_muqavilesi_baglanilib-833805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR