Azərbaycanlı müğənni: "Duz-çörəyimi itirənlər..." (FOTO)

Azərbaycanlı müğənni: "Duz-çörəyimi itirənlər..." (FOTO)
10:41 21 Fevral 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib.

Sənətçi ANS PRESS-ə açıqlamasında, sözləri Azər Şirin, musiqisi Zaur Zeynala məxsus mahnını lentə aldırdığını bildirdi:

“Müğənnin işi oxumaq, yeni mahnılar yazdırmaqdır. Mən də payıma düşəni etməyə şalışıram. Daim yeni mahnılar yazdırıram. Repertuarımda ən çox lirik mahnılar yer alıb. Amma bununla yanaşı ritmik bəstələr də ifa etmişəm. Bu gün təqdim etdiyim mahnı dostluğa aiddir. Sadiq, duz-çörəyi itirməyən dostlara həsr edilib. İndiki dövrdə yaxşı, dürüst dost qazanmaq çətin məsələdir. Zaman-zaman duz-çörəyimi itirən insanlarda olub. Pis insanları unudub, yaxşı dostların dəyərini bilmək lazımdır. Elə bu mahnımı dostlarımın şərəfinə ifa etmişəm. Mahnının da seviləcəyinə inanıram”.

N.Salaminin sözlərinə görə, “Dostum” adlı bəstəyə klip çəkilişləri də nəzərdə tutub.

İfaçı sözügedən mahnı üçün fotosessiyasını və “Dostum” mahnısını təqdim edirik:









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR