Bilik Fondunda “Şah və Şair” tamaşası müzakirə olunub

Bilik Fondunda “Şah və Şair” tamaşası müzakirə olunub
15:52 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 15:49 ]


 

Bakı. Cavid Zeynallı – APA. Bilik Fondunun “Fikir şənbəsi” klubunda yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri əsasında səhnələşdirilmiş “Şah və Şair” tamaşası müzakirə olunub. Müzakirədə əməkdar artisti Vidadi Həsənov, aktyor Oqtay Mehdiyev də iştirak ediblər.

Bilik Fondunun teatr sənətinə ayırdığı diqqəti yüksək qiymətləndirən V.Həsənov cəmiyyətin maarifləndirilməsində teatrın rolunun danılmaz olduğunu vurğulayıb. Əməkdar artist bu mürəkkəb dramı səhnələşdirərkən qarşıya çıxan çətinliklərdən danışıb, dünyada tanınan və sevilən əsərin uğurlu səhnə həllini tapdığını deyib.

İştirakçılar süjet xətti müasir və tarixi planda inkişaf edən “Şah və Şair” tamaşasından aldıqları təəssüratları bölüşüblər, onlar üçün qaranlıq qalan məqamları müzakirə ediblər.

Qeyd edək ki, tamaşanın rejissoru Mikayıl Mikayılovdur. Rolları əməkdar artistlər Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Vüsal Mustafayev ifa edirlər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR