A–
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 23-də Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə M*-S** kateqoriyalı “Murad” kuboku yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın ümumi mükafat fondu 5 min manatdır.
Yerli hakimlər kollegiyasının idarə edəcəyi yarışda müxtəlif klubların idmançıları mübarizə aparacaq.
AZERTAG.AZ :Bakıda atçılığın konkur növü üzrə “Murad” kuboku yarışı keçiriləcək