"Qaraca qız" filminin Xədicəsi Leyli Axundova gözəllik sirlərindən danışıb. Aktrisa deyir ki, onu bu gün də görənlər xaricən dəyişilmədiyini deyirlər. O bu haqda Milli.Az-a açıqlama verib:
"Mənə çox adam deyir ki, xaricən dəyişilməmişəm. 2-3 il bundan öncə filmdə anamı oynayan Şəfiqə Məmmədovanı təsadüfən gördüm. O mənə dedi ki, Leyli, səni soyuducuda saxlayırlar? Niyə qocalmırsan? (gülür). Mən özümə baxıram, xarici görkəmimə fikir verirəm. Vaxtlı-vaxtında saçımı boyayıram, üzümə mezoterapiya və digər estetik qulluq edirəm. Qadınların hamısı gözəldir, eybəcər qadın yoxdur, baxımsız qadın var. Nəinki insan, əşyalar da baxımlı olmayanda sıradan çıxır. Mənim saçlarım həmişə açıq rəngdə olub, kinoda elə görünür ki, mənim saçım tünd rəngdədir. Hətta filmdə bir kadrda saçıma günəş şüası düşəndə açıq-aydın saçımın qızılı rəngdə olduğu bilinir. Heç vaxt imicimi və saçımın rəngini dəyişmək istəmərəm".
Əli Rəhimoğlu
Milli.Az








