Rusiya və İran Xəzərlə bağlı protokol imzalayıb

Rusiya və İran  Xəzərlə bağlı protokol imzalayıb
21:04 21 Fevral 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Təbiət Nazirliyinin rəhbəri Sergey Donskoy İranda  Xəzər dənizinin mühitinin qorunması haqqında Tehran konvensiyasının əlavəsi olan Xəzər dənizinin biomüxtəlifliyinin qorunması haqqında protokol imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin məlumatında bildirilir.  

 

“İmzalanmış protokol Xəzər dənizinin mühitinin qorunması, onun biomüxtəlifliyinin mühafizəsi, ekoloji məsələlərinin həlli və regional ekoloji təhlükəsizliyin təmin olunması məsələlərində mühüm rol oynayacaq”, deyə Donskoy bildirib. 

 

Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə hazırlanmış Xəzər dənizinin mühitinin qorunması haqqında Tehran konvensiyası 2003-cü ilin noyabrın 4-də beş Xəzəryanı dövlətlərin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) hökumət nümayəndələri tərəfindən imzalanıb. Sənəd  Xəzəryanı dövlətlər tərəfindən üç il ərzində ratifikasiya olunub və 2006-cı ilin avqustun 12-də qüvvəyə minib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR