[ 02 Yanvar 2015 17:53 ]
Bakı - APA. Malayziyanın “Air Asia” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdən tapılan cəsədlərin sayı 30-a çatıb.
APA-nın məlumatına görə, bu barədə yerli “Channel News Asia” telekanalı xəbər verir.
Məlumatda bildirilir ki, xilasetmə əməliyyatına 65 gəmi, 14 təyyarə və 10 helikopter cəlb edilib.