İsveçrədə “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitabın təqdimatı keçirilib

23:17 21 Fevral 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 23:10 ]

Bakı-APA. Fevralın 20-də İsveçrənin paytaxtı Bern şəhərində “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,  Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın İsveçrədəki səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Bernin məşhur Bellevue Palace hotelində baş tutmuş tədbirdə həmçinin litvalı rejissör Andrius Brokasın çəkdiyi “Sonsuz dəhliz” adlı filmin nümayişi təşkil olunub.

 

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı Xocalı soyqırımı haqqında qonaqlara geniş məlumat verərək, bu faciəni Azərbaycan xalqının qan yaddaşında ən ağrılı səhifələrdən biri kimi xarakterizə edib. Xocalı soyqırımına dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların siyasi qiymət verməmələrindən təəssüf hissi keçirdiyini diqqətə çatdıran Ə. Zeynallı, məhz Heydər Əliyev Fondunun vits-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunana konfranslar, təqdimatlar və digər tədbirlər sayəsində əksər ölkələrin bu barədə ətraflı məlumat əldə etdiklərini, bir sıra ölkələrin parlamentlərinin faciəni rəsmən soyqırımı kimi tanındığını vurğulayıb.

 

Səfir Xocalı faciəsi ilə bağlı tədbirin İsveçrə auditoriyasını tam məlumatlandırmağa istiqamətləndirildiyini bildirib və yaxın gələcəkdə İsveçrə parlamentinin bu faciəyə hüquqi qiymət verəcəyinə ümidvar olduğunu bildirib.

 

Avropa-Azərbaycan Cəmiyyətinin təmsilçisi Yan Pert Xocalı faciəsinin şahidləri ilə müsahibə zamanı hadisənin miqyasının nə qədər böyük olduğunu dərk etdiyini və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitabı dərc etdirmək qərarına gəldiyini vurğulayıb.

 

İsveçrəli tarixçi-jurnalist Andre Vidmer müəllifi olduğu “Unudulmuş münaqişə” kitabı üzərində işləyərkən Ermənistana və Azərbaycana səfərlər etdiyini, bu zaman münaqişənin doğurduğu ağır nəticələrin şahidi olduğunu qeyd edib. O, Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu, həmin ərazilərdə son vəziyyətin nə qədər acınacaqlı olduğunu öz kitabında qeyd etdiyinə görə yeganə isveçrəli olaraq Ermənistanda “arzuolunmaz şəxs” elan olunduğunu bildirib.

 

İsveçrə Konfederasiyaının dövlət qurumlarının, ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələrinin, jurnalist və universitet müəllimlərinin,Türkiyə və Azərbaycan diasporu təmsilçilərinin, həmçinin azərbaycanlı və əcnəbi tələbələrin iştirak etdiyi tədbirdə litvalı prodüser Aleksandras Brokasın “Sonsuz dəhliz” filmi nümayiş etdirilib, qonaqlara Xocalı faciəsindən bəhs edən kitablar təqdim olunub.

 

Tədbirdə, həmçinin “Xocalı faciəsi uşaqların gözü ilə “ rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR