Masallıda mebel fabrikində yanğın baş verib

Masallıda mebel fabrikində yanğın baş verib
14:53 22 Fevral 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
Masallı şəhərində mebel fabrikinin ərazisində ümumi sahəsi 15 min kvadratmetr olan tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildiriblər ki, hadisə nəticəsində tikilinin istehsalat sahəsi, anbar hissəsi, içəridə olan dəzgahlar və yanar materiallar 7000 kvadratmetr sahədə yanıb. Fabrikin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_mebel_fabrikinde_yangin_bas_verib-834061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR