Bakı.29 aprel. REPORT.AZ/ Xorvatiya Azərbaycan vətəndaşları üçün yeni viza qaydaları tətbiq edir.
Bu barədə "Report"a Xorvatiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Yeni qaydalara əsasən iki və çoxgirişli Şengen vizası olan Azərbaycan vətəndaşları həmin vizanın alındığı ölkəyə səfər etmədən birbaşa Xorvatiyaya giriş edə bilərlər.