"Report" xəbər verir ki, konsertlər Bakıda Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Məlumata görə, mayın 6-da yunan, 13-də italyan, 26-da isə ispan musiqiçilərin iştirakı ilə konsert olacaq.
Əcnəbi musiqiçilərlə birlikdə tədbirdə Azərbaycanın muğam ifaçıları - Aidə Rəfiyeva, Sahib Paşazadə, Emin Cəbrayılov, Azad Əliməmmədov da çıxış edəcəklər.