Şahzadə pedofillikdə ittiham edilir

Şahzadə pedofillikdə ittiham edilir
09:22 3 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniya şahzadəsi York hersoqu Endryu yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə ittiham edilib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ittihamlar yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə təqsirləndirilən maliyyəçi Ceffri Epşteyn barəsində aparılan istintaqla bağlıdır. Qeyd edək ki, şahzadə Endryu Ceffri Epşteyn ilə dost olub.
 
Məlumata görə, adı açıqlanmayan 30 yaşlı qadın iddia edir ki, 17 yaşında olarkən Ceffri Epşteyn onu hersoq ilə cinsi əlaqəyə məcbur edib.
 
Bu arada Bukngem sarayı York hersoquna ünvanlanmış ittihamları kəskin rədd edərək, onların həqiqətə uyğun olmadığını qeyd edib.
 
54 yaşlı şahzadə Endryu Britaniya kraliçası II Yelizavetanın ikinci oğludur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR