Mayın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları, təhsil müəssisələrinin rəhbərləri, məktəblilər iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə hər tədris ilində fənn olimpiadaları keçirilir. Bilik yarışları şagirdlərin müvafiq fənlərə maraqlarının daha da artmasına səbəb olur.

Respublika fənn olimpiadalarında bu il iştirakçıların sayının artdığını nəzərə çatdıran M.Cabbarov bilik yarışlarında ümumilikdə 260 şagirdin qalib adına layiq görüldüyünü söyləyib.

Müasir dünyada təhsilin mühüm rolunu xatırladan nazir qeyd edib ki, müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə məktəblilərimizin yüksək səviyyədə çıxış etmələri müvafiq istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin səmərəliliyinin göstəricisidir. Belə ki cari tədris ilində Koreya Respublikası, Albaniya, Rusiya və Çində keçirilən müxtəlif beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri medallar qazanıblar.

Nazir təhsilimizin inkişafı istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini də diqqətə çatdırıb.

Respublika fənn olimpiadalarına həsr edilmiş videoçarx nümayiş olunub.

Bildirilib ki, üç mərhələdə keçirilmiş Respublika fənn olimpiadalarının birinci mərhələsində 27 min 500, ikinci mərhələsində 4 min 174, final mərhələsində isə 694 şagird iştirak edib. Texniki fənlər üzrə (riyaziyyat, fizika, kimya, biologiya və informatika) 128, humanitar fənlər üzrə isə (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) 132 nəfər qalib adına layiq görülüb.

Digər çıxış edənlər də qalibləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıblar.

Sonra qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Milli.Az

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar - FOTO
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar - FOTO
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar - FOTO
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar - FOTO
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar - FOTO
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar - FOTO