Bakı, 24 fevral, İbrahim Əsədov, AzərTAc
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı elmi-praktiki konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi yad edilib.
AzərTAc xəbər verir ki, konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov məkrli erməni qəddarlığından danışıb. Vurğulanıb ki, düşmənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı qan yaddaşımızdan heç zaman silinməyəcək. O gecə Xocalıda günahsız insanların qanları axıdılıb.
Digər çıxış edənlər də tariximizə qanla yazılan Xocalı faciəsinin dəhşətlərindən bəhs ediblər.