Bakıda Türkiyə vətəndaşının telefonunu oğurlayan şəxs saxlanılıb.

Milli.Az DİN-in saytına istinadən bildirir ki, mayın 17-də Səbail rayonunda Türkiyə vətəndaşı Serhat Polada məxsus mobil telefon oğurlanıb.

Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elnur Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az