"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Tomas Qoltsun "Azərbaycan gündəliyi" kitabının ADA Universitetində keçirilən təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək.
Diplomat Azərbaycan və Ermənistan prezidentləri arasındakı son görüşün münaqişənin həllinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.