Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.

Milli.Az report-a istinadən bildirir ki, AMB sədri Elman Rüstəmov Əliyar Məmmədyarovu özünə müşavir təyin edib.

AMB sədrinin digər müşaviri isə Abdulla Məlikaslanovdur.
Qeyd edək ki, Ə.Məmmədyarov bundan əvvəl AMB-nin ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.

Milli.Az