Bakı, 26 fevral, AzərTAc
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəalları “Xocalıya ədalət” adlı aksiya keçiriblər.
AzərTAc xəbər verir ki, Gənclər Birliyinin fəalları Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Bakının müxtəlif istiqamətlərində faciə ilə bağlı Azərbaycan və ingilis dillərində məlumatları əks etdirən broşürləri xaricilərə və yerli sakinlərə paylayıblar.
Aksiya zamanı 5 minə yaxın insan bu soyqırımı haqqında məlumat əldə edə bilib.







