Bu gün Şəkidə "İpək yolu" VII Beynəlxalq musiqi festivalının dördüncü günü başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, festivalın bu günü Xan Sarayında Səadət Təhmirazqızının "Şəkinin musiqi folkloru" və "Şəkidə ifaçılıq sənəti" adlı kitablarının təqdimatı, həmçinin Şəki "Zirvə" ansamblının konserti təşkil edilib.
Milli.Az



















