Bakı, 26 fevral, AZƏRTAC
Türkiyənin “Hazar World” (“Xəzər dünyası”) jurnalının “Erməni işğalı altında olan Qarabağ” mövzusunda təşkil etdiyi “Xəzər” qısametrajlı film yarışmasında azərbaycanlı gənclərin çəkdiyi “Qara dağlı” filmi ikinci yerə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, filmin ideya və ssenari müəllifi Röya Qarabağlı, rejissoru Sadiq Fərzəlibəylidir. Ekran əsəri 50 film arasından seçilərək finalçılardan biri olub.
1992-ci il fevralın 17-də ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndində törətdikləri soyqırımında şəhid olan igidlərin qəhrəmanlığına, kəndin işğal tarixinə həsr olunan filmin mükafatlandırma mərasimində Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak edib.
Müsabiqədə birinci yeri “Cənnətin çiçəkləri”, üçüncü yeri isə “Qarabağ Turan” filmləri tutub.
Filmə keçid (https://www.youtube.com/watch?v=OcdbXPHDbEU)