Prezidentin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, H. Ruhani müqəddəs Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə, minnətdarlıq edərək, öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran İslam Respublikasının Prezidentini təbrik edib, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.
Dövlət başçısı İran İslam Respublikası Prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələr arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan və İran prezidentləri ölkələr arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.