Barak Obama Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ABŞ-ın səylərini artırmağa hazır olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Barak Obama Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Məlumatda deyilir: "Prezident Obama Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri qismində səylərini intensivləşdirməyə hazır olduğunu bildirib".

Milli.Az