İyulun 13-də, saat 18:00-da Park Cinema Azercell İMAX kinoteatrında əfsanəvi animasiya franşizinin növbəti hissəsi - "Buz dövrü: Toqquşma qaçılmazdır" cizgi filminin ictimai nümayişi keçirildi. Mövcud xoş ənənəyə uyğun olaraq ictimai nümayişə kino və incəsənət xadimləri, görkəmli ictimaiyyət, o cümlədən şou-biznes, KİV nümayəndələri, tanınmış bloqerlər dəvət olunublar. Animasiya filmləri ilə bağlı əvvəlki ictimai nümayişlərdə olduğu kimi, uşaqlar da dəvətli idilər. İctimai nümayişi Park Cinema kinoteatrlar şəbəkəsi və Film Distribution şirkəti təşkil etdilər.

Əksər tamaşaçıların uşaqlıqdan bəri seyr etdikləri "Buz dövrü" animasiya franşizinin qəhrəmanları əvvəlki hissələrdə sağ qalmış mamontları tapmağı, selin qarşısını almağı və hətta dinozavrlar dünyasında olmağı bacarıblar. "Cəsur heyvanları daha nə kimi sınaqlar gözləyə bilər ki?" sualı yarana bilər, axı onlardan bəzisi hətta ailə də qurublar. Lakin cizgi filminin baş qəhrəmanı - Skrat ləqəbli dələni unutmağa dəyməz. Vəhşi ehtirası dələni bu dəfə kosmosa aparıb çıxarır. Sən demə, Günəş sisteminin bizim alışdığımız mövcud vəziyyətini alması Skratın əməlidir, lakin o bununla da kifayətlənməyərək digər qalaktikalara da yol alıb. Kosmosu tar-mar edən dələ Yerə geri dönür və özü ilə nəhəng meteorit də gətirir. Skratın hərəkətləri bütün Yer planetini məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Köhnə dostlar - ərincək Sid, Meni və Dieqo vəziyyəti xilas etməyə çalışırlar. Digər heyvanlar kimi onlar da evlərini tərk edərək kəşf olunmamış yeni dünyalarla və bənzəri olmayan parlaq personajlarla tanış olacaqları mürəkkəb və macəralarla dolu səyahətə yola çıxırlar.

Azərbaycanda premyerası iyulun 14-nə təyin olunan "Buz dövrü: Toqquşma qaçılmazdır" (ABŞ-da premyera iyulun 22-də) filmi Blue Sky Studios studiyasının və 20th Century Fox şirkətinin istehsalı olan "Buz dövrü" animasiya filmləri seriyasının sayca beşincisidir.

Franşizin beşinci hissəsinin rejissorları Mayk Törmayer və Qalen T.Çudur.

Park Cinema Azercell İMAX kinoteatrında "Buz dövrü: Toqquşma qaçılmazdır"ın ictimai nümayişi oldu - FOTO