İlham Əliyev Myanma prezidentini təbrik edib

İlham Əliyev Myanma prezidentini təbrik edib
12:33 4 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktub ünvanlayıb.

Təbrikdə deyilir: "Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR