"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirlərinin müddətinin başa çatdığı elan olunub.
Hakimlər kollegiyası həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs 3 vətəndaşa qarşı dələduzluq, mənimsəmə və quldurluq etməkdə təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunub.