Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məhkəmə bildirib ki, 61 yaşlı C.Hinkli cəmiyyətdə yaşaya bilər. O, 1981-ci ildə Vaşinqtondakı "Hilton" otelinin girişində R.Reyqana qarşı törədilən sui-qəsddən 35 il sonra bu il avqustun 5-də psixiatriya xəstəxanasını tərk edəcək.
Xatırladaq ki, o vaxt açılan 6 atəş prezidentin sinəsinə dəyib. 1982-ci ildə keçirilən məhkəmə prosesi zamanı Con Hinkli 13 maddə üzrə günahkar bilinib.