Bakı, 2 mart, AZƏRTAC
Martın 3-də Şəkidə “Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçiriləcək.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Tədbirdə nazirliyin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, fermer və sahibkarlar iştirak edəcək.