Bakı. 17 avqust. REPORT.AZ/ NATO Suriyada İŞİD qruplaşması ilə mübarizə məqsədilə İran bazasından Rusiyaya məxsus döyüş təyyarələrinin Suriya prezidenti Bəşər Əsədi dəstəkləmək üçün apardığı əməliyyatlarda Moskvanın uzunmüddətli iştirakı ilə bağlı narahatlığını bildirib.
"Report"un verdiyi xəbər görə, bu barədə RİA "Novosti"yə NATO nümayəndəsi bildirib.
"Rusiyanın Bəşər Əsəd rejimini dəstəkləmək məqsədi ilə uzunmüddətli hərbi iştirakı narahatlıq doğurur. Rusiya tərəfindən hərbi zərbələrin "ölü müxalifət" qruplarına endirilməsi risklərin azalmasına və regional təhlükəsizliyə səbəb olmur", - Rusiya təyyarələrinin İrandakı bazadan İŞİD-ə qarşı apardığı əməliyyatları şərh edərkən Şimali Alyans nümayəndəsi bildirib.
O deyib ki, NATO məsələnin siyasi həllinə dair bütün cəhdləri dəstəkləyir.