Kürd informasiya agentliyi "Fırat" iki türk tankının görüntüsünü yayımlayıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, görüntülərdə türk tanklarının raket zərbələri ilə vurulduğu əks olunur.
Türk zirehli texnikası Suriyanın Cerablus şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyatda iştirak edir. Hücum nəticəsində bir türk əsgəri şəhid olub, daha üç nəfər isə yaralanıb.
Məlumata görə, zirehli texnika YPG kürd dəstələri tərəfindən atəşə tutulub. Kürdlər Rusiya istehsalı tank əlehinə raketlərdən - "Korneti"dən istifadə ediblər.
Milli.Az