Türkiyə müxalifətinin lideri, Cumhurriyyətçi Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluya qarşı həyata keçirilmiş hücumun PKK terror təşkilatı tərəfindən planlaşdırıldığı məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, 25 avqustda Artvinin Savtaş rayonunun Yanıqlı kəndində K.Kılıçdaroğluya qarşı silahlı hücum etmiş şəxslərə təlimatın "Türk Tarık" ləqəbli terrorçu Barış Önerin verdiyi üzə çıxıb.

Bildirilir ki, bir sıra qanlı aktlarda adı hallanan bu terrorçunun başına dövlət 1 milyon lirə pul qoyub.

Qeyd edək ki, K.Kılıçdaroğlunun avtomobilinin də olduğu konvoya silahlı hücum zamanı bir polis şəhid olub, 2 əsgər isə yaralanıb.

Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində iş aparılır.

Milli.Az

Kılıçdaroğlunya terror əmri verən şəxsin başına 1 milyon qoyulubmuş - FOTO