Lənkəranda kürəkən qayınanasını bıçaqlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumat görə, hadisə Liman şəhərində baş verib.
Həmin kənddə yaşayan 1964-cü il təvəllüdlü İrina Abbasova bıçaqlanıb. Qadın ağır halda xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.
Hələlik qaynanasını bıçaqlayan kişinin kimliyi müəyyənləşməyib.
Qadın polisə bildirib ki, qızı ilə kürəkəni arasında dava olub. Kürəkəni qızını döyüb. Qadın da ona mane olmağa çalışıb. Bu zaman da bıçaqlanıb.
Hazırda polis qaynanasını bıçaqlayan kürəkəni axtarır.
Faktla bağlı araşdıma aparılır.