Antaliyada intihar hadisəsi baş verib.
Milli.Az "gazetevatan"a istinadən xəbər verir ki, 25 yaşlı Esin Ercan binanın 15-ci mərtəbəsindən atlayaraq intihar edib. Yerə çırpılan qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qızın ölümündən sonra onun ailəsinə yazdığı qeyd ortaya çıxıb. Qeyddə yazılıb:
"Məni bağışlayın, sizə layiq ola bilmədim".
Qeyd edək ki, Esin Ercan 2 il ard-arda universitetdən kəsilib. O, kursu keçə bilmədiyinə görə özünə qıyıb.
Milli.Az