Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tur start götürəcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Tura Sumqayıtda start veriləcək. "Kəpəz" "Sumqayıt"ın qonağı olacaq.

Günün ikinci matçında isə son günlər gündəmdən düşməyən "Neftçi" "İnter"lə qarşılaşacaq. Ötən tur "Qəbələ"yə 0:8 hesabıyla uduzan "ağ-qaralar"da köklü dəyişikliklər olub. Klubun həm idarə heyətində, həm də məşqçilər korpusunda yeni simalar var. Elxan Abdullayev "Neftçi"nin yeni baş məşqçisi kimi ilk oyununu "Bankirlər"ə qarşı keçirəcək ki, onun debütünün necə alınacağını bu gün görəcəyik.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 5-ci tur

18 sentyabr

Sumqayıt - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. Şəhər stadionu, 18:00

İnter - Neftçi
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "İnter Arena", 20:00

19 sentyabr

Qəbələ - AZAL
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ. Şəhər stadionu, 18:00

Qarabağ - Zirə
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Masazır. "Əlincə Arena", 20:00