ATƏT-in Minsk Qrupunun həmsədrləri rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik sentyabrın 20-də Nyu-Yorkda Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbandyanla görüşüblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əldə edilmiş razılaşmaların icrasının zəruriliyi məsələsinə toxunulub.
Milli.Az