Gəncədə Cavad xan anıldı (FOTO)

Gəncədə Cavad xan anıldı (FOTO)
13:08 5 Yanvar 2015
148 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Gəncənin bəylərbəyisi, Qacar tayfasından sonuncu hakim Ziyadoğlu Cavad xanın çar Rusiyasının işğalçılarına qarşı qeyri-bərabər döyüşdə şəhid olmasının 211 illiyi münasibətilə ənənəvi anım mərasimi keçirilib . Şəhər rəsmilərinin, ziyalılar, geniş ictimaiyyət nümayəndələri qəhrəmanlığı ilə Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazan Cavad xanın Məqbərəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, ehtiramlarını bildiriblər.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Mikayıl Zeynalov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək, Cavad xanın qəhrəmanlığından, keçdiyi həyat yolundan geniş söhbət açıb, onun bütün əsrlər üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayaraq, Gəncə şəhər İcra Hakimiyyətində Cavad xanın xatirəsini əbədiləşdirmək üçün görüləcək işlərdən danışıblar. Qeyd edək ki, 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan rus imperiyasının generalı Pavel Sisianovun başdan-ayağa silahlanan ordusunun mühasirəsində bir aydan artıq qalaraq, Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına həlak olub. Düşmən yalnız onların meyidi üstündən keçərək Gəncəyə daxil ola bilib. Cavad xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi əbədi anılmağa layiqdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR