İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb

İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb
23:57 1 Oktyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 oktyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yer uğrunda görüş başa çatıb. 
"Report"un məlumatına görə, bürünc medala İran yığması sahib çıxıb.
Qonşu ölkə futzalçıları Portuqaliya ilə qarşılaşmanın əsas vaxtından 2:2 hesablı heç-heçə ilə ayrılıblar. Əlavə vaxtda hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3.
Finalda Rusiya və Argentina yığmaları üz-üzə gələcək.
Qeyd edək ki, İran qrup mərhələsində Azərbaycanın rəqiblərindən olub. İki komanda arasındakı görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Portuqaliya isə 1/4 finalda məhz Azərbaycan yığmasını üstələyib - 3:2.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/i-ran-yigmasi-kolumbiyada-kecirilen-futzal-uzre-dunya-cempionatinda-3-cu-yere-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR